EVLENİRİK.AZ portalı evlilik hazırlığında olan insanlara toy və digər şənliklərlə əlaqəli işlərin planlaşdırılması üçün lazım olan mal və xidmətlərə rahat çıxışın əldə edilməsi, eyni zamanda, həmin mal və xidmətləri təklif edən sahibkarların məhsullarını asan qaydada reklam edə bilməsi məqsədilə onlayn platformanın təqdim edir.
Evlilik və şənlik məqsədləri üçün lazım olan bütün mal və xidmətlərin bir arada toplanması onları qısa vaxtda və ərazi baxımdan yaxın olanlarını tapmaq, geniş spektrdə seçim etmək imkanı verir.
Portal eyni zamanda evlendikdən sonrakı dövrdə gündəlik ev işlərinin həll edilməsi üçün lazım olan mal və xidmətlərin tapılmasında da köməklik göstərir. Belə ki, EVLENİRİK.AZ portalı həmçinin evlilik ildönümlərində və bayramlarda hədiyyə olaraq gül dəstələri, zinət əşyası, məişət texnikası alışı üçün, ad günləri və tədbirlərin təşkili zamanı lazım olan xidmətlərin tapılması üçün, ev təmiri və ya alışı zamanı mebel, çıl-çıraq, pərdə, ev tekstili alışı və ev təmizliyi, yükdaşıma kimi xidmətlərin tapılması üçün, eyni zamanda, hər il səyahətlərin planlaşdırılması üçün geniş imkanlar təqdim edir.