Bu elektron xidmət istifadəçiyə toy şənliyinin təşkili və evliliklə bağlı görüləcək işlərin məntiqi ardıcıllıqla siyahısını tərtib etməyə, hər bir iş üçün son icra tarixi təyin etməklə işlərin vaxtında icra edilməsinə nəzarət etməyə və gecikən işlər üzrə tədbirlər görməyə kömək edəcəkdir.
İstifadəçi bu kalkulyator vasitəsilə toy şənliyinin təşkili və evliliklə bağlı olan digər məqsədlər üçün xərcləri təqribi hesablaya, bununla da büdcəni planlaşdıraraq xərclərə daimi nəzarəti təşkil edə və kənarlaşma olduğu halda xərclərə düzəliş edə biləcək. Təqdim edilən standart xərclərdən əlavə xərcləri qeyd etmək üçün xərclər siyahısını artırıb hər bir xərcə ad vermək mümkündür.
Bu elektron xidmət istifadəçiyə şənliyə dəvət edilmiş qonaqları hər hansı bir meyar üzrə (qohum, iş yoldaşı, qrup yoldaşı və s.) qruplaşdıraraq masalar üzrə yerləşdirilməsini asanlıqla planlaşdırmağa və ehtiyac olduqda yerdəyişmə etməyə imkan verir. Həmçinin, bu xidmət masalara ad verərək hər bir masada qalan boş sahələri asanlıqla vizual olaraq görməklə qərar vermə işini asanlaşdıracaqdır.
Bu xidmətdən tam yararlanmaq üçün sayta kömpüterdən daxil olmağınız tövsiyə olunur. Saytın mobil versiyasında bu xidmət tam şəkildə əks olunmaya bilər.