Texniki dəstək xidməti üçün Portalda qeyd olunan telefon nömrəsi, Whatsapp və ya elektron poçt ünvanı ilə əlaqə saxlanıla bilər. Telefon zəngləri bazar ertəsindən cümə gününədək saat 09:00-dan 18:00-a qədər qəbul olunur. Whatsapp və elektron poçt ünvanı ilə əlaqə üçün vaxt məhdudiyyəti yoxdur.
Texniki dəstək xidməti üçün destek@evlenirik.az elektron poçt ünvanına müraciət etdikdə mütləq elan nömrəsi qeyd olunmaqla problem ətraflı izah edilməlidir. Elanın nömrəsi elan yerləşdirilən zaman elektron poçt ünvanınıza göndərilir və elanın səhifəsində İD nömrə bölməsində göstərilir.
Elanlar və Portalın fəaliyyəti barədə istifadəçilər tərəfindən Portalın administrasiyasına yazılan şikayətlər, müraciətlər
İstifadəçilər tərəfindən hər bir elan barədə Portalın administrasiyasına şikayət göndərmək imkanı var. Göndərilən şikayətlərin hamısı araşdırılır və şikayət təsdiqini tapdıqda, elanda düzəliş edilməsi və ya elanın Portaldan silinməsi, həmçinin həmin elanı yerləşdirən istifadəçi hesabının blok edilməsi kimi müvafiq qərar qəbul edilir.
Portalın fəaliyyəti üzrə sual, irad və təkliflərlə bağlı info@evlenirik.az elektron poçt ünvanına müraciət oluna bilər.