Yeni elan

EVLENİRİK.AZ Portalında elan yerləşdirmə şərtləri və ümumi Qaydalar

EVLENİRİK.AZ Portalında elan yerləşdirmə şərtləri və ümumi qaydalar əsasında hazırlanmış İstifadəçi razılaşması Portalda qeydiyyat, şəxsi məlumatların mühafizəsi, istifadəsi, elanın yerləşdirilməsi və istifadəçilərin Portalda davranış məsələlərini tənzimləyir.

Şərtlərin pozulması ilə yerləşdirilən elanlar həmin elanların dərc edilməməsi üçün, eyni zamanda, Qaydaların pozulması və ya elan üzrə istifadəçilər tərəfindən çox sayda şikayətlərin daxil olması həmin elanların silinməsi üçün, yaxud moderator tərəfindən redaktə edilib Qaydalara uyğunlaşdırılması üçün, həmçinin, elan sahiblərinin şəxsi hesablarının bloklanması üçün əsas hesab edilir.

Bütün elanlar, VIP xidməti ilə təmin edilib-edilməməsindən asılı olmayaraq qaydalara uyğun olmalıdır. Qaydaların pozulması hətta VIP xidməti üçün ödəniş olunmuş elanların da blok olunması və ya silinməsi üçün əsas verir.

Reklam platformasının bütün istifadəçiləri üçün bərabər şərtlər təqdim edilir. Elanların dərc edilməsində çətinliklərin yaşanmaması məqsədilə elan yerləşdirməzdən əvvəl EVLENİRİK.AZ-ın qaydaları ilə tanış olmaq və həmin qaydalara riayət etmək vacibdir.

Elanın aktivlik müddəti 60 gündür. Bu müddət başa çatdıqda elanın dərc olunması avtomatik olaraq dayandırılır və o, "Müddəti başa çatmış" bölməsinə düşür. Bu halda İstifadəçi bu elanı bərpa edə və ya yeni elan yerləşdirə bilər.


Portalda elanın yerləşdirməsi və Portaldan istifadə qaydaları

  1. 1.Portalda elanın yerləşdirilməsi
    1. Portalda elanın yerləşdirilməsi ödənişsizdir.
    2. Yerləşdirilən elanlar Portalın qaydalarına zidd olmamalı və təkrar elanlar yerləşdirilməməli
    3. Elan Portalda dərc olunduqdan sonra İstifadə tərəfindən redaktə olunarkən (düzəliş olunarkən) elanda olan məhsul və ya xidmət haqqında məlumatın və şəkillərin digər məhsula və ya xidmətə aid olan məlumatla və ya şəkillərlə dəyişdirilməsi qadağandır.
    4. İstifadəçi tərəfindən elan yerləşdirilərkən elanın Portalın qaydalarına tam uyğun olmasına ciddi riayət olunmalıdır. Hətta elan Portalda dərc edildikdən sonra belə Portalın administrasiyası tərəfindən monitorinq zamanı Portalın qaydalarına zidd olan elanlar aşkar edilərsə, administrasiya həmin elanlara düzəliş etmək və ya onları Portaldan silmək hüququna malikdir.
    5. Portalda eyni anda təkrar elanlar aşkar olunarsa, təkrar olan elanlar Portalın administrasiyası tərəfindən silinir.
  2. 2. Şəxsi əlaqə məlumatları
    1. İstifadəçi yerləşdirdiyi elanda məlumatların düzgünlüyünə, dəqiqliyinə, tamlığına, təqdim etdiyi məlumatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna, üçüncü şəxslərin hüquqlarını pozmamasına və onların iddialarına əsas verməməsinə görə məsuliyyət daşıyır.
    2. Elanın yerləşdirilməsi həm fiziki şəxs, həm də hüquqi şəxs (şirkət) olaraq mümkündür.
    3. Şəxsi əlaqə məlumatları Portalın istifadəçilərinin maraqlandıqları məhsul (mal və xidmət) üzrə elan sahibi ilə birbaşa əlaqənin qurulması, elanın bot tərəfindən deyil, real insan tərəfindən yerləşdirilməsinin müəyyən edilməsi, bir istifadəçi tərəfindən bir istifadəçi hesabının açılmasının təmin edilməsinə nəzarətin təşkili və elanı yerləşdirənin elanda yazılan bütün məlumatlar, şəkil, video üçün məsuliyyət daşımasını təmin etmək üçün vacibdir.
    4. Elanda əlaqədar şəxsi əlaqə vasitələrinin (ad, elektron poçt ünvanı, telefon nömrəsi) düzgün qeyd olunması vacibdir.
    5. Elan yerləşdirərkən mütəmadi olaraq istifadə olunan elektron poçt ünvanı qeyd edilməlidir.
    6. Bir istifadəçinin (hüquqi və ya fiziki şəxs kimi) yalnız bir istifadəçi hesabı ola bilər. Portalda monitorinq zamanı bir istifadəçiyə məxsus bir neçə istifadəçi hesabı aşkarlandıqda təkrarlanan hesablar avtomatik qaydada system tərəfindən bloklanacaq.
    7. İstifadəçilər tərəfindən istifadəçi hesablarının (istifadəçi hesabına daxil olmaq üçün lazım olan məlumatları) icarəyə verilməsi, icarəyə götürülməsi və ya özgəninkiləşdirilməsi qadağandır.
    8. Mütləq şəkildə daimi istifadə olunan və özünüzə məxsus telefon nömrəsi göstərin – bu müştərilərin sizinlə sürətli və uğurlu əks-əlaqəsini təmin edəcək və satış həcminin artması ehtimalını yüksəldəcək. Telefon nömrəsi elan yerləşdirilərkən xüsusi nəzərdə tutulmuş xanada qeyd olunmalıdır. Telefon nömrəsinin elanın adında və ya məlumat bölməsində qeyd olunması qadağandır.
    9. Nəzərə alınmalıdır ki, elanda başqa bir şəxsin nömrəsini qeyd etmək həmin şəxsə narahatlıq yaradılmasına səbəb olacaq və bu səbəbdən özünüzə aid olmayan telefon nömrəsinin elanda qeyd edilməsi qadağandır. Belə hal aşkarlandıqda elan satydan silinəcək və həmin elanı yerləşdirən istifadəçi hesabı bərpa hüququ olmadan blok olunacaq.
  3. 3. Portalda olan elanın redaktə olunması (düzəlişlərin edilməsi)
    1. Elanda düzəliş etmək üçün “DÜZƏLİŞ ET” düyməsini sıxmaq və elektron poçt ünvanınıza gələn PIN-kodu daxil etmək kifayətdir.
    2. Elanda düzəliş olunduqda elan irəli sıralamada irəli çəkilmir.
    3. Bu funksiya yalnız elandakı şəkil, məlumat (haqqında), ünvan və qiymət dəyişiklərini həyata keçirir.
    4. Dərc olunmamış elanlarda düzəliş etmək mümkün deyil.
    5. Elanların yerləşdirilməsi üçün nəzərdə tutulmuş qaydalar “DÜZƏLİŞ ET” funksiyasına da aiddir.
    6. Düzəliş edilmiş elan qaydalara uyğun olmadıqda Portaldan silinir.


  1. 4. Portalda elanların təkrarlanması
    1. Eyni satıcı tərəfindən müxtəlif məhsullar (mal və ya xidmətlər) qrupu üzrə çox sayda (ayrılıqda) elanın yerləşdirilməsinə məhdudiyyət yoxdur. Yəni hər məhsul qrupu üzrə bir elanın yerləşdirilməsi şərtinə əməl olunmalıdır.
    2. Artıq dərc edilmiş elanla məzmun baxımdan eynilik və ya oxşarlıq təşkil edən, yaxud eyni şəkillərlə təkrar elanın yerləşdirilməsi qadağandır.
    3. Satıcı tərəfindən təklif olunan ümumi məhsul qrupu üzrə aktiv elan olduğu halda, həmin qrup məhsulun tərkibinə daxil olan ayrı-ayrı məhsulların hər biri üzrə ayrılıqda elan yerləşdirilməsi qadağandır. Yaxud əks qaydada olmaqla əvvəl ayrı-ayrı məhsullar üzrə elan yerləşdirilmişdirsə, sonradan qrup məhsul üzrə elan yerləşdirilməsi qadağandır.

Nümunə: Gözəllik salonunun elanı artıq yerləşdirilmişdirsə, daha sonra həmin salonda təklif edilən saç kəsimi üçün ayrı, saç rənglənməsi üçün ayrı, manikür üçün ayrı və s. elanların yerləşdirilməsi qadağandır. Eyni üsulla əgər hər hansı mebel mağasının elanı artıq Portalda dərc olunmuşdursa və sonradan yataq mebeli üzrə ayrı, mətbəx mebeli üzrə ayrı, qonaq otağı mebeli üzrə ayrı elanların yerləşdirilməsi qadağandır. Əgər təklif etdiyiniz məhsullar (mal və ya xidmətlər) üzrə ayrı-ayrılıqda elan yerləşdirilməsini istəyirsinizsə, o zaman Portalda sizin ümumi başlıqla elanınız olmamalıdır.


  1. 5. Portalda mövcud elanın elan yerləşdirən tərəfindən silinməsi

Sizin elan Portalda aktiv olduğu müddət ərzində sizin məhsul (mal və ya xidmət) üzrə təklifiniz artıq qüvvədə deyilsə, elanınızı Portaldan silinməsini təmin etməyiniz məqsədəuyğundur. Bu həm sizin alıcılar tərəfindən zənglər və müraciətlərlə narahat edilməyinizin, həm də sizin məhsulların (mal və ya xidmətlərin) etibarlı satıcısı statusunuza xələl gəlməsinin qarşısını alacaq. Elanın silinməsi şəxsi kabinetdə elanlarım bölməsində mümkündür.

  1. 6. Portalda iki və daha çox istifadəçi hesabı olan istifadəçilər
    1. Portalda bir fiziki və ya hüquqi şəxs tərəfindən yalnız bir istifadəçi hesabının yaradılmasına və istifadə olunmasına icazə verilir.
    2. Texniki vasitələrlə monitorinq nəticəsində bir istifadəçiyə aid olan bir neçə istifadəçi hesabları aşkar olunduqda həmin hesablar sistem tərəfindən təkrar kimi qəbul edilərək onların fəaliyyəti avtomatik qaydada blok edilir və ya təkrar hesablar silinir;
    3. İstifadəçilər tərəfindən istifadəçi hesablarının (istifadəçi hesabına daxil olmaq üçün lazım olan məlumatları) icarəyə verilməsi, icarəyə götürülməsi və ya özgəninkiləşdirilməsi qadağandır.
    4. İstifadəçi hesabınızdakı əlaqə məlumatlarını dəyişmək istədikdə, yeni istifadəçi hesabı açmağa ehtiyac yoxdur. Bunun üçün müvafiq istəyinizi izah etməklə info@evlenirik.az elektron poçt ünvanına müraciət etməyiniz kifayətdir. Müraciətiniz Portalın qaydalarına uyğun olduğu təqdirdə dəyişiklik istəyiniz icra ediləcəkdir.
  2. 7. Portalda elanın yanlış kateqoriyada yerləşdirilməsi
    1. Elan yerləşdirilərkən məhsulun (mal və ya xidmətlərin) təyinatına, xüsusiyyətinə, elanın adında qeyd olunan təsvirə uyğun olmayan kateqoriyada yerləşdirilməsi və/və ya elanın təsvirində (Məlumat xanası) ziddiyyət, anlaşılmazlıq və qeyri-müəyyənliyə səbəb ola biləcək məlumatların göstərilməsi qadağandır.
    2. Portalda elan yerləşdirən fiziki və ya hüquqi şəxs elandakı bütün məlumatların həqiqiliyinə və dəqiq qeyd olunmasına məsuliyyət daşıyır. Elanın məzmununda ətraflı və həqiqəti əks etdirən məlumatın göstərilməsi elanın axtarış sistemləri vasitəsilə potensial müştərilər tərəfindən tapılması ehtimalını və müştəri məmnuniyyətini yüksəldir.
    3. Elanın yanlış kateqoriya və ya alt kateqoriyada yerləşdirilməsi onun silinməsi və ya uyğun kateqoriya və ya alt kateqoriyaya köçürülməsi üçün əsas ola bilər.


  1. 8. Portalda elanın adı

Elanın başlığı qısa, təqdim olunan məhsul və xidmətlərin təyinatına və xüsusiyyətinə uyğun olmalıdır. Elanın adında telefon nömrəsi və başqa əlaqə məlumatlarının yazılması qadağandır.

Elanın adı əsas səhifədə potensial müştərinin diqqətinə çatdırılan ilk məlumatdır. Bu məlumatı qısa (maksimum simvol sayı: 100) və hədəfə çatan şəkildə yazmaqla müştərilərin diqqətini cəlb etmiş olacaqsınız.

Elanın adında aşağıdakılara yol verilmir:

    1. Elanın adında bütövlüklə və ya ayrı-ayrı sözlərdə böyük hərflərin olması (abreviaturalar (ixtisarlar) istisna olmaqla);

Nümunə:

Düzgün yazılış: Zərgərlik məmulatları, Quru təmizləmə, Foto və video çəkiliş xidmətləri
Səhv yazılış: ZƏRGƏRLİK MƏMULATLARI, QURU təmizləmə, FOTO VƏ VİDEO çəkiliş xidmətləri

    1. Elanın adında əlaqə məlumatlarının olması (telefon nömrəsi, elektron poçt ünvanı, Portal ünvanı):
  • Düzgündür: Ev təmirliyi və yükdaşıma xidmətləri,
    Qadağandır: Ev təmirliyi və yükdaşıma xidmətləri, telefon 123-67-89 zəng edin
  • Düzgündür: Gəlin maşını icarəsi
    Qadağandır: Gəlin maşını icarəsi, gəlinmasinuser123@gmail.com-a yazın
    1. Elanın adında simvollardan istifadə (*^@<>) və ya çoxlu sayda nida (!!!!!) və ya sual (????) işarələrinin olması:

      • Düzgündür: Bütün növ məişət texnikası
        Qadağandır: “<@* Bütün növ məişət texnikası!!!*@>”


  1. 9. Elanda qiymətin təyin edilməsi
    1. Elan yerləşdirilərkən qiymət xanasına məlumatın qeyd edilməsi məcburidir. Satılan mal və ya göstərilən xidmət çeşidləri çoxdursa, minimal qiymət xanasına mal və ya xidmətin ən ucuzunun qiyməti, maksimal qiymət xanasına isə mal və ya xidmətin ən baha olanının qiyməti yazılmalıdır. Elanın təsvirində mal və ya xidmətlərin çeşidi, qiyməti barədə daha geniş məlumatı müştərilərin diqqətinə çatdıra bilərsiniz. Əgər elan konkret mal çeşidi üzrə olarsa və elandakı qiymət real bazar qiymətindən kəskin ucuz göstərilərsə, bu elan Portaldakı digər elanlarla haqsız rəqabətə yol açması səbəbilə Portalda dərc olunmayacaq.
    2. Elanda qiymətin şərti olaraq göstərilməsi (məsələn, 1 AZN və s.) qadağandır və həmin elanının Portalda dərc edilməməsi və ya silinməsi üçün əsas ola bilər.
    3. Elanda qiymətlər yalnız manatla göstərilməlidir.


  1. 10.Elanın təsviri (haqqında məlumat)
    1. Elanın təsvirində təklif olunan mal və ya xidmətin xüsusiyyətləri, üstünlükləri, müştərinin əldə edə biləcəyi faydalar, satıcının həmin sahədə olan uzunmüdətli iş təcrübəsi, etibarlı tərəfdaş-satıcı olması və digər məhsula və onun satıcısına birbaşa aid olanlar barədə qeydlər ola bilər. Elanın adı və elanın təsvirinin ilk sətirləri müştərinin gözünəçarpan olduğundan, elanın ən cəlbedici hissəsi hesab olunur. Bu baxımdan mətnin qrammatik cəhətdən düzgün, sadə, səlis, aydın, başadüşülən olması müştəri marağına səbəb olacaqdır.
    2. Təsvir əvəzinə müştərinin məhsul barədə ətraflı tanış olması üçün keçid linki yerləşdirilməsi məqsədəuyğun hesab olunmur. Çünki, heç də bütün istifadəçilər məhsul haqqında ətraflı oxumaq üçün bilmədikləri keçid linkinə daxil olmaqda və bununla vaxt istikisində maraqlı olmurlar. Keçid linki elanın təsvirindəki ifadələrlə maraq yaranmış müştərilərə daha ətraflı məlumat vermək məqsədilə elanın təsvirində qeyd edilməsinə yol verilir. Lakin, hər bir halda rəqib servislərə keçid linklərinin elanda göstərilməsi qadağandır.
    3. Təsvir hissəsində müxtəlif kateqoriyalara və bölmələrə aid olan bir neçə məhsulun qeyd olunmasına yol verilmir.

Məsələn, bir elanda eyni anda tekstil və televizor, geyim və mebel, foto-video və poliqrafiya, şirniyyat və dekorasiya, gözəllik salonu və dərzi və s. kimi məlumatlar yerləşdirilməməlidir.

    1. Təsvir tam şəkildə başlığa və təklif olunan məhsula/xidmətə uyğun olmalıdır. Bir elanda yalnız eyni qrup məhsulun (mal və xidmətin) təsvirinə icazə verilir. Məsələn, adı (başlığı) “Gözəllik salonu” olan elan haqqında mətndə gözəllik salonuna aid təqdimatdan əlavə kasmetoloji və spa xidmətləri və ya dərzi xidmətlərinin də göstərilməsi kimi yazılar olmamalıdır. Bunun üçün həmin alt kateqoriyalara uyğun əlavə elanlar yerləşdirilməlidir.
    2. Elanın təsvirində qeyri-dəqiq və ya yanlış məlumatın təqdim edilməsi, həmçinin, məhsulların qüsurlarının gizlədilməsi elanın silinməsinə səbəb ola bilər.
    3. Müxtəlif elanlarda məzmun və ya məna baxımından oxşar olan mətnlərin yazılması qadağandır.
    4. Transliterasiyaya, yəni rus dilindəki və ya başqa dillərdə olan sözlərin Azərbaycan əlifbasının hərfləri ilə yazılmasına yol verilmir.
    5. Elanın təsvirində telefon nömrəsinin, elektron poçt ünvanının, Instagram, Facebook, Telegram, Tiktok, Skype və digər sosial şəbəkələrdəki hesabların linklərinin və ya səhifə adlarının göstərilməsi qadağandır. Elan yerləşdirilərkən telefon nömrəsi və elektron poçt ünvanı üçün xüsusi sahələr mövcuddur.
  1. 11.Elanda şəkillər və YouTube şəbəkəsinə keçid linki
    1. Elana şəkil əlavə edilməsi vacibdir. Hər elan üçün 40-a qədər şəkil əlavə olunmasına icazə verilir.
    2. Şəkillər müştərilərin diqqətini çəkən əsas amillərdən biri olduğundan, onların keyfiyyətli olmasına xüsusi diqqət yetirilməlidir. Təqdim edilən məhsullar reallıqda keyfiyyətli olsalar belə, nəzərə çarpmayan, solğun, bulanıq şəkillərin elanda yerləşdirilməsi müştərilərin həmin elan səhifəsini tez tərk etməsinə əsas ola bilər.
    3. Şəkillərdə hər hansı bir loqotip olmamalıdır.
    4. Şəkillərin üzərində reklam xarakterli məlumatlar olmamalıdır. O cümlədən, şəkillərin üzərində hər hansı əlaqə vasitəsinin (mobil nömrə, Portala keçid linki, Instagram, Facebook, Telegram, Tiktok, Skype, digər sosial şəbəkə ID-ləri, səhifə adları, rəqib servislərin loqotipləri) göstərilməsi qadağandır.
    5. Şəkillər elanın adına və məzmununa uyğun olmalıdır, bilavasitə təklif edilən məhsulu (mal və ya xidmət) əks etdirməlidir. Məkan (restoran), gözəllik salonu, cehizlik mağazası, turizm agentliyi və digər bu kimi mal və ya xidmət təklif edən satıcıların elanlarında şəkillərdən ən azı 1-i həmin obyektin ön görünüşünü əks etdirməlidir.
    6. Elanda təsvir edilən obyektin aydın olmayan, keyfiyyətsiz şəklinin əlavə edilməsi qadağandır. Həmçinin, erotik və pornoqrafik tərkibli şəkillərin yerləşdirilməsi qadağandır.
    7. İnternetdən götürülmüş və ya kataloqlardan skan edilmiş, yeni satılan real məhsula aidiyyatı olmayan fotoşəkillər ciddi şəkildə araşdırılacaq və elanın dərc olunmamasına əsas ola bilər. Yalnız bəzi alt kateqoriyar istisna olmaqla əksər kateqoriyalarda təklif edilən məhsula (mal və ya xidmət) uyğun olan real şəkillərin əlavə edilməsi mütləqdir. Mebel, Məişət əşyaları alt kateqoriyaları, Xidmət kateqoriyasından bəzi alt kateqoriyalar və Səyahət kateqoriyası üzrə şəkillər üçün kataloqlardan və internetdən əldə edilən şəkillərdən istifadə olunmasına yol verilə bilər. Elanın moderasiyadan uğurla keçməsi üçün real və keyfiyyətli çəkilən şəklilər yerləşdirilməlidir.
    8. Aşağıdakı kateqoriya və ya alt kateqoriyalar üzrə real şəkillərin olması mütləqdir:
      • Gəlinlik maşını, ev təmizliyi və yük daşıma (nəqliyyat vasitəsinin şəkli Azərbaycan Respublikasının ərazisində çəkilməlidir);
      • Məkan (bütün kateqoriya), Hədiyyələr və cehizlik (bütün kateqoriya), Geyim və gözəllik (bütün kateqoriya), Səyahət (bütün kateqoriya), şirniyyat, poliqrafiya və çap işləri, güllər və dekorasiya, quru təmizləmə alt kateqoriyaları üçün.
    1. Elanda YouTube şəbəkəsinə keçid linki
      Elan yerləşdirərkən YouTube şəbəkəsinə keçid linki üçün xüsusi sahə mövcuddur. Əgər təklif edilən məhsulla əlaqəli olan YouTube şəbəkəsində video olarsa, müştəri marağının çoxalması və satışların artması məqsədilə həmin videonun keçid linkinin elanda göstərilməsi məqsədəuyğundur.
    1. 12.Portalda arzuolunmaz istifadəçilərin siyahısı
      1. Operatora və ya moderatora qarşı hörmətsizlik edən istifadəçinin əlaqə vasitələri blok olunacaq və o, EVLENİRİK.AZ Portalında elan yerləşdirə bilməyəcək.
      2. Portalın qaydalarını ilk dəfə pozduğu halda istifadəçiyə xəbərdarlıq edilir, bu hal təkrarlandıqda isə o, arzuolunmaz istifadəçilərin siyahısına düşür.
      3. Əlaqə vasitələrinin arzuolunmaz istifadəçilərin siyahısından çıxarılması mümkün deyil.
      4. Üçüncü şəxslərin əlaqə vasitələri qeyd edildikdə və həmin səxslər şikayət etdikdə bu əlaqə vasitələri arzuolunmaz istifadəçilərin siyahısına düşür.
      5. Xəbərdarlığa baxmayaraq qaydalar yenidən pozulduqda, elanlar ödənişli olsa belə Portaldan silinir. Administrasiya tərəfindən qaydaları pozan istifadəçiyə xəbərdarlıq elektron poçt və/və ya sms bildiriş formasında göndərilə bilər.
    2. 13.Portalda texniki dəstək xidməti
      1. Texniki dəstək xidməti üçün Portalda qeyd olunan telefon nömrəsi, Whatsapp və ya elektron poçt ünvanı ilə əlaqə saxlanıla bilər. Telefon zəngləri bazar ertəsindən cümə gününədək saat 09:00-dan 18:00-a qədər qəbul olunur. Whatsapp və elektron poçt ünvanı ilə əlaqə üçün vaxt məhdudiyyəti yoxdur.
      2. Texniki dəstək xidməti üçün destek@evlenirik.az elektron poçt ünvanına müraciət etdikdə mütləq elan nömrəsi qeyd olunmaqla problem ətraflı izah edilməlidir. Elanın nömrəsi elan yerləşdirilən zaman elektron poçt ünvanınıza göndərilir və elanın səhifəsində İD nömrə bölməsində göstərilir.
    3. 14.Qadağan olunmuş məhsul və xidmətlər
      1. Qadağan olunmuş məhsullar (mal və xidmətlər) üçün elanların yerləşdirilməsinə icazə verilmir. Bundan başqa, elanın adında, məzmununda, şəkil, video və digər məlumatlarda, yaxud istifadəçi adında erotik, pornoqrafik, ədəbsiz, ekstremist ifadə və anlayışların və ya EVLENİRİK.AZ Portalının tələblərinə cavab verməyən digər ifadə və anlayışların istifadəsi qadağandır.
      2. Məhsulların hərrac yolu ilə satılması və hərracların reklam edilməsi yolverilməzdir.
      3. Reklam xarakterli məlumatların, həmçinin aşağıdakı qaydada reklam məqsədli elanlar qadağandır:
    • internet resursları (rəqib Portallar, forumlar, portallar, tanışlıq Portalları və s.);
      1. Şübhəli gəlir əldəetmə vasitələri barədə, o cümlədən, internet üzərindən gəlir əldə olunmasına təşviq edən elanların yerləşdirilməsi yolverilməzdir.
        Məsələn: Elektron pul kisəsinə 10 AZN yükləyin və daha çox qazanın.
      2. İstifadə hüququ olmadan və ya müvafiq icazə olmadan tanınmış brendlərin ticarət nişanlarının və loqolarının elanda və yaxud istifadəçi adında qeyd olunması qadağandır.
    1. 15.Portalda elanların axtarışı

    Portalda axtarış iki üsulla aparıla bilər:

    1. Portalın əsas səhifəsində meyarlar üzrə axtarış panelində kateqoriya və alt kateqoriyalar üzrə istədiyiniz seçim meyarlarını qeyd edib axtarış edə bilərsiniz. Bu zaman sorğu verilən meyarlara uyğun olan elanların göstərilməsi təmin ediləcəkdir.
    2. Portalın əsas səhifəsində ən yuxarıda olan axtarış sahəsinə axtardığınız sözü yazmaqla bütün elanların içində həmin sözə uyğun olan elanların göstərilməsi təmin ediləcəkdir.
    1. 16.Elanlar və Portalın fəaliyyəti barədə istifadəçilər tərəfindən Portalın administrasiyasına yazılan şikayətlər, müraciətlər
      1. 1.İstifadəçilər tərəfindən hər bir elan barədə Portalın administrasiyasına şikayət göndərmək imkanı var. Göndərilən şikayətlərin hamısı araşdırılır və şikayət təsdiqini tapdıqda, elanda düzəliş edilməsi və ya elanın Portaldan silinməsi, həmçinin həmin elanı yerləşdirən istifadəçi hesabının blok edilməsi kimi müvafiq qərar qəbul edilir.
      2. 2.Portalın fəaliyyəti üzrə sual, irad və təkliflərlə bağlı info@evlenirik.az elektron poçt ünvanına müraciət oluna bilər.


    Yuxarıda qeyd olunan QAYDALAR ödənişli xidmətlərin (VIP xidməti) göstərilib-göstərilməməsindən asılı olmayaraq, BÜTÜN ELANLARA ŞAMİL OLUNUR. Qaydalardan hər hansı birinin pozulması, həmçinin digər istifadəçilərin çoxsaylı şikayət xarakterli müraciəti aşağıdakılara əsas ola bilər:

      1. Elanın silinməsi* (müvəqqəti olaraq – redaktə etmək imkanı verilməklə və ya qəti olaraq – bərpa etmək hüququ olmadan).
      2. istifadəçi hesabının bloklanması.

    *Qeyd: ödənişli xidmətin göstərilməsinə başlanılmışdırsa, edilən ödəniş geri ÖDƏNİLMİR. Həmçinin, xidmətin göstərilməsinin başlama vaxtı dəyişdirilmir (daha sonraya/əvvələ) və bu xidmət başqa elana keçirilə bilməz.

    Portalda dərc olunmayan və ya silinən elan barədə istifadəçi tərəfindən elan yerləşdirilərkən göstərilən elektron poçt ünvanına elanın dərc olunmamasının və ya silinməsinin səbəbini izah edən avtomatik servis bildirişi göndərilir. Həmçinin elanın Portalda dərc edilməsi barədə də istifadəçi tərəfindən elan yerləşdirilərkən göstərilən elektron poçt ünvanına avtomatik servis bildirişi göndərilir.

    EVLENİRİK.AZ Portalının administrasiyası hazırki Qaydalara istənilən zaman birtərəfli qaydada, öncədən xəbərdarlıq etmədən dəyişikliklərin və/və ya əlavələrin edilməsi hüququnu özündə saxlayır.