1. Ümumi şərtlər
1.1. Bu Razılaşma İstifadəçilər tərəfindən https://evlenirik.az/ Xidmətlər Portalından (bundan sonra Portal) istifadə qaydalarını və şərtlərini müəyyən edir.
1.2. Portalın məqsədi istifadəçilərə onlayn xidmətlər və geniş çeşiddə məhsul (mallar və xidmətlər) təchizatçılarının tanıtımını təmin etməkdir. Portal qanunvericiliklə və hazırkı Razılaşma ilə realizasiyasına (satışı) və/və ya əldə edilməsinə icazə verilən məhsullar (mallar və xidmətlər) barəsində İstifadəçilərə elanlar yerləşdirmək imkanı verən alətdir.
1.3. Bu Razılaşmada aşağıda göstərilən terminlər və anlayışlar tətbiq olunur:
1.3.1 Xidmətlər Portalı – İnternet şəbəkəsində https://evlenirik.az/ ünvanında yerləşdirilmiş İnternet-resursu (sayt), müxtəlif əməliyyat sistemləri və ya proqram dilləri əsasında hazırlanmış proqram təminatıdır, əsas səhifə, əlavə və bölmələrin, xidmətlərin dizaynı (qrafiki tərtibatı), məlumat bazası, xidmətlərin istənilən bölməsi (yarımbölmələri), həmçinin elanlar və xidmət bölmələrində Administrasiya və İstifadəçilər tərəfindən yerləşdirilmiş informasiyanın məcmusudur.
1.3.2. Tərəflər – Portalda hər hansı bir əməliyyatın aparılması ilə, şəxsi kabinetin açılması, elanların yerləşdirilməsi, elektron xidmətlərdən istifadə edilməsi ilə və ümumiyyətlə Portaldan istifadə etməklə Bu Razılaşmanı qəbul etmiş sayılan Administrasiya və İstifadəçidir.
1.3.3. Administrasiya – Portalın inzibatçılığını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və qeydiyyatdan keçmiş “TOY GROUP MMC” şirkəti (VÖEN: 1102888641) həyata keçirir. Portala dair bütün mülkiyyət hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur.
1.3.4. İstifadəçi – razılaşma şərtlərini qəbul etmiş və Portalın xidmətlərindən istifadə edən istənilən fiziki və ya hüquqi şəxs və yaxud hüquq səlahiyyəti olan şəxsdir.
1.3.5. Şəxsi kabinet – Portalda qeydiyyatdan keçməklə İstifadəçi tərəfindən müəyyən məlumatların yerləşdirilməsi əsasında qurulmuş və özünə aid olan kabinetdir, işçi yeridir. İstifadəçi burada Portalın funksionalına və təyinatına uyğun olaraq müəyyən əməliyyatlar apara, elan yerləşdirə, elanlarını idarə edə, şəxsi məlumatlarını dəyişə, Portalda olan elektron xidmətlərdən istifadə edə, ödənişləri icra edə, onlara nəzarət edə və bütün bunlarla bağlı olan işləri planlaşdıra bilər. Hər hansı bir İstifadəçi yalnız bir Şəxsi kabinetə sahib olmaq hüququna malikdir.
1.3.6. Şəxsi hesab – Şəxsi kabinetin bir bölməsi olan və İstifadəçiyə aid olan, yalnız Evlenirik.az Portalı çərçivəsində ödənişlər üçün istifadə oluna biləcək vəsaitlərin əks olunduğu hesabdır.
1.3.7. İstifadəçinin şəxsi informasiyası (məlumatları) –İstifadəçinin özü haqqında Portaldan istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən informasiya, o cümlədən IP-ünvan, cookie-dən informasiya, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında başqa informasiyalar daxil olmaqla, Portalda qeydiyyat zamanı, elan yerləşdirmə zamanı sərbəst və ya Portaldan istifadə prosesində təqdim edilən digər məlumatların məcmusudur.
1.3.8. İnformasiya – Portalda İstifadəçi və ya Administrasiya tərəfindən yerləşdirilmiş istənilən informasiya.
1.3.9. Spam – alıcılar tərəfindən gözlənilməz xarakter daşıyan reklam, informasiya, təşviqat və ya başqa məqsədli kütləvi qaydada həyata keçirilən poçt və başqa göndərmələrdir.
1.3.10. Məhsul – mallar (maddi və qeyri-maddi) və xidmətlər.
1.3.11. Endirim – Elanların irəlilədilməsi üçün tətbiq olunan ödənişli xidmətlərin faktiki qiymətlərinin müəyyən hissəsinin güzəşt edilməsi və güzəşt məbləği qədər qiymətlərin azaldılması.
1.4. Həmin İstifadəçi Razılaşmasının 1.2-ci bəndində ("Terminlər və anlayışlar") əksini tapmayan istənilən terminlər və anlayışlar, İstifadəçi Razılaşmasının mətnindən irəli gələn mənaya müvafiq olaraq izah ediləcəkdir. İstifadəçi Razılaşmasında istifadə edilən terminin və ya anlayışın izah edilməsinə dair fikir ayrılıqlarının yaranması halında Administrasiya tərəfindən müəyyən edilən izahetmə tətbiq ediləcəkdir.
1.5. İstifadəçilərə Portalın xidmətlərindən istifadə etməklə elanların yerləşdirilməsi və axtarışı üzrə, həmçinin Portalın elektron xidmətlərindən istifadə üzrə imkanlar əldə edirlər. Portal xidmətlərindən və materiallarından istifadəetmə qüvvədə olan qanunvericiliklə və hazırkı Razılaşma ilə tənzimlənir.
1.6. Portalın xidmətlərindən istifadə etməklə, İstifadəçi hazırkı Razılaşmaya qoşulur və beleliklə Portal xidmətlərindən istifadə üzrə təlimatlara riayət etmək şərtlərini və öhdəliklərini qəbul edir.
1.7. Şirkət adından (hüquqi şəxs) Portaldan istifadə halında, yəni şirkət adından şəxsi kabinet açıldıqda və ya elan yerləşdirildikdə şirkət (hüquqi şəxs) hazırkı Razılaşmanı və onun şərtlərini qəbul edir. Bu zaman bütün məsuliyyəti məlumatları təqdim edən şəxs daşıyır və şirkət (hüquqi şəxs) onun adından Portalda istifadə edilmə ilə razılaşmadıqda Portalın administrasiyasına yazılı qaydada və ya elektron poçt vasitəsilə məlumat verməklə Portalda adından istifadəni dayandıra bilər.
1.8. Administrasiya istənilən vaxt birtərəfli qaydada hazırkı Razılaşmanın şərtlərini dəyişdirmək hüququna malikdir.
1.9. İstifadəçinin hazırkı Razılaşmanın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda Portala girişdən imtina etməli və Portalın xidmətlərindən istifadəni dayandırmalıdır.
1.10. İstifadəçi qəbul edir ki, Portalın bütün materialları və xidmətləri və ya onların müəyyən hissəsi reklamla müşayiət oluna bilər. İstifadəçi razılaşır ki, Administrasiya bununla bağlı hər hansı məsuliyyəti və belə reklamlarla əlaqədar hər hansı öhdəlikləri daşımır.
1.11. Portalda qeydiyyat könüllüdür. Portalda elan yerləşdirmək üçün İstifadəçinin qeydiyyatdan keçməsi tələb olunur. Administrasiya İstifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və bu məqsədlə istənilən vaxt təsdiqləyici sənədləri tələb etmək hüququnu özündə saxlayır.
1.12. İstifadəçi öz şifrəsini gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi özünün qeydiyyat məlumatlarından istifadə etməklə aparılan əməliyyatlara, həmçinin İstifadəçinin Şəxsi kabineti vasitəsilə yerinə yetirilən əməliyyatlara görə məsuliyyət daşıyır. İstifadəçi Portalın xidmətlərindən istifadə etmək üçün yalnız özünün qeydiyyat məlumatlarından istifadə etmək hüququna malikdir. Əgər İstifadəçinin onun Şəxsi kabinetinə kənar şəxslərin icazəsiz daxil olması ilə bağlı şübhələnməyə əsasları olarsa, İstifadəçi öz şifrəsini sərbəst şəkildə dəyişməyi öhdəsinə götürür.
1.13. Administrasiya İstifadəçilər tərəfindən qeydiyyat və/və ya avtorizasiya zamanı verilən informasiyanın düzgünlüyünün yoxlanması üçün xüsusi texniki həllərdən istifadə etmək hüququna malikdir.
1.14. Administrasiya İstifadəçinin elanlarda təqdim etdiyi informasiyanın və Portalda qeydiyyat zamanı İstifadəçi tərəfindən verilmiş informasiyanın doğruluğuna zəmanət vermir. Elanlarda və Portalda qeydiyyat zamanı təqdim edilən informasiyaların doğruluğuna bilavasitə elan yerləşdirən və/və ya qeydiyyatdan keçən İstifadəçilər məsuliyyət daşıyırlar.
1.15. İstifadəçiyə elanlarda təqdim edilən məlumatların dəqiqləşdirilməsi üçün Portaldakı mümkün bütün alətlərdən istifadə etməklə elan sahibləri (məhsul təchizatçıları) ilə ünsiyyət qurmaq tövsiyə edilir.
1.16. Administrasiya öz şəxsi mülahizəsi əsasında İstifadəçinin hazırkı Razılaşmanın şərtlərini pozan əməliyyatlara girişi məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
1.17. Administrasiya İstifadəçi tərəfindən başqa şəxslərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması halında, həmçinin başqa səbəblərdən İstifadəçinin Portala girişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir.
1.18. Bu və ya digər səbəbdən xidmətlərə girişi dayandırılmışdır və ya təqdim etdiyi məlumatların etibarsızlığı aşkarlanmış İstifadəçi, Administrasiyanın xüsusi icazəsi olmadan təkrar qeydiyyatdan keçmək hüququna malik deyil. Belə İstifadəçinin Portala və onun xidmətlərinə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etməsi kobud pozuntu hesab edilir və Administrasiya bu halın aşkarlanması ilə digər İstifadəçinin girişinin məhdudlaşdırılması hüququnu özündə saxlayır.
2. Portaldan istifadə. Elanların yerləşdirilməsi
2.1. Administrasiya müəyyən edilmiş məlumatları təqdim etməklə qeydiyyatdan keçmiş İstifadəçilərə Portalda elan yerləşdirmək hüququnu verir.
2.2. İstifadəçi Azərbaycan Respublikasının qanunvericiliyinin və ya beynəlxalq hüququn normalarının pozulması əsasında edilən hərəkətləri, o cümlədən, intellektual mülkiyyət, müəlliflər və/və ya yanaşı hüquqlar sahəsində hüquq pozuntularına, həmçinin Portalın normal işinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara biləcək istənilən hərəkətləri etməməyə və belə hərəkətlərə təşəbbüs etməməyə razılaşır.
2.3. Məhsullar (mallar və xidmətlər) barəsində bütün əqdlər İstifadəçilər arasında birbaşa bağlanılır. Portal, İstifadəçilər tərəfindən həyata keçirilən əqdlərin iştirakçı və/və ya vasitəçisi deyildir. Administrasiya belə əqdlərə nəzarət etmir və onlara görə məsuliyyət daşımır.
2.4. İstifadəçinin Portaldakı şərhləri və başqa qeydləri qanunvericiliyin tələbləri və əxlaqın hamı tərəfindən qəbul edilmiş normaları ilə münaqişə yaratmamalıdır.
2.5. Administrasiya Portalda yürləşdirilmiş ola bilən xarici resurslara keçidlərə İstifadəçi tərəfindən girişə və istifadəyə görə məsuliyyət daşımır. Administrasiya elanların məzmununa, başqa resurslara istinadlara və keçidlərə, və yaxud elanların təsvirində qeyd olunmuş informasiyaya görə məsuliyyət daşımır.
2.6. İstifadəçi tərəfindən təqdim edilən informasiya və məlumatlar üçüncü şəxslərin hüquqlarının pozulmasına səbəb olarsa, buna görə Portal məsuliyyət daşımır.
2.7. Portalın istifadəçisi Portalın təlimatlarına uyğun olaraq elanları yerləşdirməyi və məhsul (mal və ya xidmət) haqqında və onun satılması şərtləri haqqında etibarlı və dəqiq informasiyanı elanda təqdim etməyi öhdəsinə götürür. İstifadəçi elanda göstərilmiş məhsul (mal və ya xidmət) haqqında informasiyanı yoxlamaq məqsədilə elan sahibi ilə birbaşa əlaqə saxlamaq, məlumatları dəqiqləşdirmək, səhv və ya natamam məlumatlar aşkar etdikdə elan barədə Administrasiyaya şikayət etmək hüququna malikdir.
2.8. Məhsul (mal və ya xidmət) barədə elan yerləşdirməklə, İstifadəçi təsdiq edir ki, elanda göstərilmiş Məhsulun (mal və ya xidmət) təchizatçısı onun özüdür, məhsul (mal və ya xidmət) barəsində sərbəst əməliyyat aparmaq, satış əqdi bağlamaq haqqında qərar qəbul etmək hüququna malikdir.
2.9. İstifadəçi təsdiq edir ki, Portalda elanlar yerləşdirərkən təqdim etdiyi informasiyanın və məlumatların yerləşdirilməsi üçün patentlər, əmtəə nişanları, ticarət markaları, ticarət sirləri, intellektual mülkiyyət hüquqları daxil olmaqla bütün zəruri hüquqlara, lisenziyalara, icazələrə malikdir, və ya müvafiq olan yazılı razılığa, lisenziyaya və ya üçüncü şəxslərin onların adlarından, təsvirlərdən və ya başqa obyektlərdən istifadə üçün etibarnaməsinə malikdir.
2.10. Administrasiya İstifadəçidən yerləşdirilmiş məhsul (mal və ya xidmət) haqqında əlavə məlumatlar və/və ya İstifadəçi tərəfindən yerləşdirilmiş (qeyd edilmiş) məlumatların təsdiqedici sənədlərini tələb etmək hüququna malikdir. Administrasiya müvafiq sənədlərin və ya informasiyanın təqdim edilməsinə qədər elanın dərc edilməsini təxirə salmaq hüququna malikdir.
2.11. İstifadəçi Portaldan istifadənin qüvvədə olan qaydalarına riayət etməklə Portalda ona aid olan istənilən məhsul (mal və ya xidmət) üçün (xüsusi icazələr tələb olunduqda müvafiq sənədləri təqdim etməklə) elan yerləşdirmək hüququna malikdir.
2.12. Portalda təqdim edilən xidmətlərin yüksək keyfiyyətinin qorunması məqsədilə Administrasiya İstifadəçinin aktiv elanlarının miqdarını məhdudlaşdırmaq, həmçinin Portalda İstifadəçinin hərəkətlərini məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
2.13. Məhsul (mal və ya xidmətin) haqqında ümumi məlumat, endirm şərtləri, çatdırılma, təhvil verilmə şərtləri, satışdan sonrakı zəmanət şərtləri və ya xüsusi şərtlər elanın Məlumat bölməsində (təsvir) əks olunmalıdır.
2.14. Elanda təklif edilən məhsul (mal və ya xidmət) haqqında İstifadəçi tərəfindən təqdim edilmiş məlumat (təsvir) həmin məhsulun (mal və ya xidmətin) satış şərtlərini müəyyən edir və elanın yerləşdirildiyi vaxt, həmçinin, elanın qüvvədə olduğu müddətdə qanunvericiliyə və hazırkı Razılaşmaya zidd olmamalıdır. Həmin məlumatların dəqiqliyinə və reallığa uyğunluğuna görə elan yerləşdirən İstifadəçi məsuliyyət daşıyır. Qeyd olunan dövr ərzində qanunvericiliyə və hazırkı Razılaşmaya hər hansı dəyişiklik olarsa və bu elanda göstərilən informasiya və məlumatlarla ziddiyyət təşkil edərsə, elan yerləşdirən İstifadəçi elanda müvafiq düzəlişləri etməlidir. Elanda dəyişiklərin edilməsi mümkün olmadıqda, elan İstifadəçi tərəfindən silinməlidir. Bu bənddə göstərilən vəziyyət yarandığı zaman Administrasiya belə elanların düzəlişi və ya silinməsi üzrə əməliyyatları İstifadəçiyə xəbərdarlıq etmədən həyata keçirmək hüququnu özündə saxlayır.
2.15. Portalda dərc edilməsi qüvvədə olan qanunvericiliyi pozan, əxlaqın hamı tərəfindən qəbul edilmiş normalarına zidd olan, təhqiredici və ya yersiz olan, həmçinin, üçüncü şəxslərin hüquqlarını pozan elanların Portalda yerləşdirilməsi qadağandır. İstifadəçi əmin olmalıdır ki, Portalda məhsul (mal və xidmət) üzrə etdiyi təklif qüvvədə olan qanunvericiliyin və hazırkı Razılaşmanın şərtlərini pozmur.
2.16. Elanın məlumat bölməsində (təsvirdə) məhsul haqqında satış, istifadə qaydaları və başqa informasiyanı əks etdirən internet saytlarına (səhifələrinə) istinadları yerləşdirmək qadağandır. Həmçinin, rəqib internet resurslarına (səhifələrinə), onlayn ticarət meydançalarına, internet-hərracları və/və ya internet mağazalarına istinadların yerləşdirilməsi də qadağandır.
2.17. İstifadəçi Administrasiyanın yazılı icazəsi olmadan Portala giriş etmək və elan yerləşdirmək üçün və ya başqa məqsədlərlə hər hansı proqram təminatlarından istifadə etməməyi öhdəsinə götürür.
2.18. Bundan başqa, Portalın İstifadəçilərinin öhdəlikləri aşağıdakılardır:
2.18.1. Portalın infrastrukturunun yüklənməsinə səbəb ola bilən hər hansı hərəkətə təşəbbüs etməmək;
2.18.2. Administrasiyanın ilkin yazılı icazəsi olmadan Portalda olan və özünə aid olmayan (şəxsi məlumatlar və özünün yerləşdirdiyi elanlar istisna olmaqla) istənilən informasiyanı köçürməmək, təkrar etməmək, dəyişdirməmək, yaymamaq və ictimaiyyətə təqdim etməmək;
2.18.3. Portala girişə mane olmaq və ya məhdudlaşdırmaq məqsədilə Portalın işinə, Portalın avtomatik sistemlərinin və ya proseslərin fəaliyyətinə mane olmamaq və həmçinin bunun üçün hər hansı proqram təminatından istifadə etməmək;
2.19. İstifadəçi tərəfindən təqdim edilən məlumatlara və onun Portalda fəaliyyətinə dair tələblər aşağıdakılardır:
2.19.1. Təqdim olunan məlumatlarda yanlışlıq, qeyri-dəqiqlik və ya aldatmaya yol verməmək;
2.19.2. Portalın İstifadəçilərini aldatmağa cəhd etməmək, dələduzluğa və ya etimaddan sui-istifadəyə yol verməmək;
2.19.3. Oğurluq və ya saxta əşyalarla sövdələşmə aparmamaq və əqdlər bağlamamaq;
2.19.4. Üçüncü şəxsin maddi və ya qeyri-maddi mülkiyyət və digər hüquqlarını pozmamaq və ya onun ticarət sirrinə və yaxud onun şəxsi həyatına toxunulmamazlığına qəsd etməmək;
2.19.5. Başqa şəxslərin şərəfini, ləyaqətini alçaldan, təhqir edən və ya işgüzar nüfuzuna xələl gətirən məlumatlar yaymamaq və buna təşəbbüs edən əməllər törətməmək;
2.19.6. Başqa şəxslərə böhtan və ya təhdidlər etməmək;
2.19.7. Cinayətin törədilməsinə çağırış etməmək və həmçinin millətlərarası düşmənçiliyi qızışdırmamaq, terror və ekstremist fəaliyyətə çağırış etməmək və ya dəstəkləmək;
2.19.8. Ədəbsizlik, əxlaqa zidd olan və ya pornoqrafiya xarakteri daşıyan məlumatlar yaymamaq;
2.19.9. Kompüter proqramları viruslarını yaymamaq, həmçinin başqa kompüter proqramlarına səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün, və ya onun hissəsinin, və ya şəxsi informasiyanın və ya başqa məlumatların (Portalın məlumatları daxil olmaqla) mənimsənilməsinə yönəldilmiş fəaliyyətlər göstərməmək və bu məqsədlə təşəbbüs etməmək;
2.19.10. qüvvədə olan qanunvericiliyə zidd olan hər hansı başqa hərəkətlər və ya hərəkətsizlik etməmək.
2.20. İstifadəçisi tərəfindən qüvvədə olan qanunvericiliyin və hazırki Razılaşmanın pozulmasına səbəb ola bilən elanların Portalda yerləşdirilməsi, Portaldan istifadə etməklə əqdlər bağlanılması və ya icra edilməsi İstifadəçiyə qadağandır.
2.21. İstifadəçi Portalda məhsul (mallar və xidmətlər) barədə yerləşdirdiyi elanını ödənişli əsaslarla fərqləndirilmə üsullarından istifadə etməklə reklam etmək hüququna malikdir.
2.22. Administrasiya istənilən elanın Portaldan asılı olan və ya olmayan səbəblərdən nümayiş olunma vaxtının yerini dəyişdirmək, nümayiş olunmasını dayandırmaq və ya müddətini uzatmaq hüququna malikdir.
2.23. Administrasiya qanunvericilik və hazırki Razılaşmanı müddəalarını, həmçinin, başqa İstifadəçilərin hüquqlarını pozan bütün elanları, o cümlədən, ödənişli xidmətlərdən istifadə edilən elanlar da bloklamaq və ya Portaldan silmək hüququna malikdir.
2.24. Administrasiya qanunvericilik və hazırki Razılaşmaya uyğunlaşdırmaq məqsədilə Portalda yerləşdirilmiş elanlarda təqdim edilən məlumatlara düzəliş etmək, elanları müvafiq kateqoriya və ya alt kateqoriyaya keçirmək hüququna malikdir.
2.25. Administrasiya elanların yerləşdirilməsindən (Portalda dərc edilməsindən) imtina etmək hüququna malikdir.
2.26. Elanın rəsmiləşdirilməsinə dair tələblər "Portalda ümumi qaydalar" bölməsində “Portalda elan yerləşdirmə şərtləri və umumi qaydalar”da müəyyən edilmişdir.
2.27. Elan yerləşdirən İstifadəçi elanların məzmununa və təqdim etdiyi digər informasiyalara görə qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyəti daşıyır.
3. Ödənişli xidmətlər
3.1. İstifadəçilər Portalda elanlarının reklam edilməsi məqsədilə “VİP et” ödənişli xidmətindən istifadə edə bilərlər.
3.2. Xidmətin qiyməti, həmçinin ödənişli xidmətlərin sifariş edilmə və dəyərinin ödənişi qaydası Portalın müvafiq səhifələrində göstərilmişdir.
3.3. Portalın xidmətlərini ödəmiş Portal İstifadəçisi vasitələrin qaytarılması xahişi ilə Administrasiyaya müraciət etmək hüququna malikdir. Pul vasitələrinin qaytarılması və ya imtina haqqında qərar Administrasiya tərəfindən konkret elanla bağlı bütün hallar və şərtlər nəzərə alınmaqla qəbul edilir.
3.4. Administrasiya aşağıdakı hallarda ödənişin İstifadəçiyə geri qaytarılmasına imtina edir:
3.4.1. “VİP et” ödənişli xidmətinin istifadəsinə artıq başlanılmışdırsa;
3.4.2. İstifadəçi qanunvericiliyin tələblərini və hazırkı Razılaşmanın şərtlərini pozmaqla elan yerləşdirmişdirsə;
3.4.3. Elan İstifadəçi tərəfindən silinmişdirsə;
3.4.4. İstifadəçi qadağan edilmiş məhsullar (mallar və xidmətlər) üzrə elan yerləşdirmişdirsə;
3.4.5. Ödənış sistemində yaranan hər hansı nasazlıq səbəbindən ödəniş uğurlu olmadıqda və vəsait Administrasiyanın hesabına mədaxil olmadıqda;
3.4.6. Digər hallarda məsələ fərdi qaydada həll olunur.
3.6. Pul vəsaitlərin qaytarılma qaydası Administrasiya və İstifadəçi arasında hər konkret hal üçün müəyyən edilir.
3.7. Geri qaytarılmalı olan pul vəsaitləri 30 gün ərzində istifadəçinin hesabına köçürülür.
3.8. İstifadəçinin ödənişi həyata keçirdiyi ödəniş sistemlərinin işinə görə Portal məsuliyyət daşımır. Bu halda pul vasaitinin qaytarılması haqqında məsələ ödəniş sisteminin operatoru tərəfindən həll edilir.
4. Kommunikasiya
4.1. Administrasiya İstifadəçilərə onlar tərəfindən qeyd olunan elektron poçt ünvanlarına və ya mobil telefon nömrələrinə elektron məktublar və/və ya qısa məlumatlar (SMS mesajlar) göndərmək hüququna malikdir.
4.2. Bundan başqa, İstifadəçi qəbul edir və razılaşır ki, belə məktublar və mesajlar başqa İstifadəçilərdən əqdin bağlanması üzrə təklifləri və başqa informasiyaları və/və ya reklam xarakterli mesajları, informasiyaları və digər elanları ehtiva edə bilər.
4.3. Portalın mesajları Portalda da dərc edilə bilər. Portalda dərc edilmiş mesajlar onların dərc edildiyi andan İstifadəçiyə çatdırılmış hesab edilir.
4.4. Administrasiya Portalın səhifələrində İstifadəçinin yerləşdirdiyi telefon nömrələrinin və elektron poçt ünvanlarının başqa İstifadəçilər və/və ya robotları tərəfindən istifadəsinə, həmçinin, avtomatlaşdırılmış sistemlər (robotlarla) vasitəsilə mesajların göndərilməsinə görə məsuliyyət daşımır.
4.5. İstifadəçi təsdiqləyir ki, Administrasiya İstifadəçilərə məktub və mesajları göndərmək məqsədi üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.
4.6. İstifadəçinin Administrasiya və ya Portalın moderatorları ilə əks-əlaqə quraraq yazışması Portalda göstərilən elektron poçt ünvanının vasitəsilə həyata keçirilir.
4.7. Portalda İstifadəçi tərəfindən moderatorların və Administrasiyanın hərəkətləri haqqında şərhlər, müzakirələr və başqa yazılar yerləşdirmək qadağandır.
4.8. İstifadəçi müvafiq sorğunu göndərməklə özünün telefon nömrəsinə və ya elektron poçt ünvanına mesajların alınmasından istənilən vaxt imtina edə bilər.
5. Proqram təminatı
5.1. Administrasiya Portalın özünün, mobil əlavələrin, həmçinin Portalın bütün proqram təminatının mülkiyyətçisidir.
5.2. Administrasiyanın intellektual mülkiyyəti olan Portalın, o cümlədən, proqram təminatının, onun ayrı-ayrı hissələrinin surətinin çıxarılması, dəyişdirilməsi, paylaşılması, satılması (realizasiya edilməsi), mübadilə edilməsi və ya tamamilə və ya hər hansı hissəsinin icarəyə verilməsi, həmçinin də Administrasiyanın yazılı icazəsi olmadan proqram təminatının mənbə kodunun "sındırılması" və ya alınmasına cəhd edilməsi qadağandır.
6. Məsuliyyətin məhdudlaşdırılması
6.1. Portalda İstifadəçi tərəfindən göstərilmiş Bütün informasiya (o cümlədən şəxsi məlumatlar), İstifadəçi tərəfindən onun məhsulunun (mallar və xidmətlərinin) satılması (realizasiyası) üçün yerləşdirilir.
6.2. İstifadəçi özü haqqında bu və ya digər informasiyanı ancaq öz maraqları naminə, o cümlədən, İstifadəçi ilə əlaqənin qurulmasının sadələşdirilməsi və/və ya İstifadəçinin eyniləşdirməsi, məhsulun (mallar və xidmətlərin) geniş müştəri bazasına rahat və sürətli tanıdılması məqsədilə Portalda yerləşdirir.
6.3. Özü haqqında informasiyanı yerləşdirərək, İstifadəçi qəbul edir və razılaşır ki, bu informasiya Portalda açıq mənbədə yerləşdirilir və istənilən müştəriyə və ya Portalın digər İstifadəçilərinə əlçatandır.
6.4. İstifadəçi informasiyanın belə yerləşdirilməsi ilə bağlı bütün riskləri, o cümlədən, spam - mesajların göndərilməsi üçün siyahılara elektron poçt ünvanının düşməsi riski, elektron poçt ünvanının müxtəlif növ dələduzlara düşməsi riski, telefon nömrəsinin SMS-spamerlərə və/və ya SMS-dələduzlara düşməsi riski və informasiyanın belə yerləşdirməsindən irəli gələn başqa risklərin daxil olmaqla bütün riskləri anlayır və qəbul edir.
6.5. Portal, məhsul (mal və ya xidmət) üzrə əqdlərin təşkilatçısı, vasitəçisi, alıcısı və ya satıcısı deyil.
6.6. Portal İstifadəçilər tərəfindən əqdlərin bağlanmasına və icrasına (həyata keçirilməsinə) görə, həmçinin, əqdlərin bağlanması nəticəsində vurulmuş ziyana, itirilmiş xeyirlərə (mənfəətə), maliyyə zərərlərinə, cərimə zərərlərinə, eyni zamanda, hər hansı şəxsin qanunsuz əməlləri nəticəsində yaranan birbaşa və ya dolayı digər zərərlərə görə məsuliyyət daşımır.
6.7. İstifadəçi Portalın xidmətlərindən və yerləşdirilmiş elanlardan istifadə ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü və istifadə zamanı yarana biləcək bütün riskləri daşıdığını qəbul edir.
6.8. İstifadəçilər tərəfindən yerləşdirilmiş elanların, onlarda qeyd olunan məlumatların həqiqiliyinin və etibarlılığının Portal tərəfindən yoxlanılması texniki və digər resurslar baxımından qeyri-mümkün olduğundan, elanlarda təklif edilən məhsulun (mallar və xidmətlərin) təsvirinə uyğunluğu, onun keyfiyyəti, təhlükəsizliyi, qanuniliyi, həmçinin, satıcının məhsulu (mallar və xidmətləri) satmaq və alıcısının əldə etməklə bağlı fəaliyyətləri Portalın nəzarətindən kənardadır. Bu baxımdan, alıcı bu və ya digər elanda terləşdirilmiş məhsulun (mallar və xidmətlərin) alınması barədə qərarı öz mülahizəsinə uyğun olaraq sərbəst və könüllü şəkildə qəbul edir.
6.9. Portal, onun Administrasiyası, rəhbərlik və əməkdaşları Portalda yerləşdirilmiş elanların məzmununa, həmçinin onların həqiqiliyinə, etibarlılığına görə heç bir məsuliyyət daşımırlar.
6.10. Administrasiya, onun rəhbərliyi və əməkdaşlar, istənilən xəbərlərin, məlumatların, mesajların (o cümlədən, İstifadəçilərin poçt qutusuna və/və ya mobil telefonuna Portal tərəfindən göndərilməyən), məzmununa görə, həmçinin də İstifadəçilərin əlaqə məlumatlarının başqa İstifadəçilər tərəfindən istifadəsinə görə heç bir məsuliyyət daşımırlar.
6.11. İstifadəçi qəbul edir ki, Portalda olan elanlarda göstərilən hər hansı məhsulun (mallar və xidmətlərin) satılması və/və ya əldə edilməsi barədə təklif həmin məhsulun, onun satılmasının və əldə edilməsinin mümkünlüyünə, həqiqi və qanuni olmasına zəmanət vermir. Əqdin həyata keçirilməsi haqqında qərarı İstifadəçi tərəfindən sərbəst olaraq qəbul edilir.
6.12. Qanunvericiliklə nəzərdə tutulmuş mümkünlük həddində istənilən iddia üzrə Portalın ümumi məsuliyyəti İstifadəçi tərəfindən Portalın xidmətlərindən istifadəyə görə və ya (Portalın mülahizəsinə görə) bu xidmətlərin İstifadəçi tərəfindən təkrar istifadəsi üçün ödənilmiş məbləğ ilə məhdudlaşır.
6.13. İstifadəçi qəbul edir ki, İstifadəçinin və Portalın başqa İstifadəçiləri arasındakı bütün mübahisələri (o cümlədən əqdlərin həyata keçirilməsi ilə bağlı və onun nəticəsində) İstifadəçilər tərəfindən Administrasiya mübahisəyə cəlb edilmədən qanunvericiliyə uyğun olaraq öz aralarında sərbəst həll edirlər.
6.14. Administrasiyanın razılığı (icazəsi) və/və ya məlumatı olmadan üçüncü şəxslər tərəfindən İstifadəçilər haqqında istənilən informasiyadan (o cümlədən şəxsi məlumatlar) istifadəyə görə və/və ya Portalın xidmətlərinə üçüncü şəxslərin İstifadəçilər haqqında informasiyadan (o cümlədən şəxsi məlumatlardan) istifadə etməklə qeyri-qanuni girişinə görə Administrasiya məsuliyyət daşımır.
6.15. İstifadəçi qəbul edir ki, Administrasiya İstifadəçi qarşısında Portalın istənilən məzmunu ilə bağlı və/və ya İstifadəçi tərəfindən həyata keçirilmiş əqdlər nəticəsində istənilən mümkün və ya yaranmış itkilərlə və yaxud zərərlərlə əlaqədar, müəllif hüquqlarının qeydiyyatı ilə və belə qeydiyyat haqqında məlumatlarla, Portalda yerləşdirilən məhsullar (mallar və xidmətlər) və ya İstifadəçinin Portalda yerləşdirmiş olduğu informasiyadan istifadə edərək başladığı münasibətlərə, apardığı sövdələşmələrə, bağladığı əqdlərə görə məsuliyyət daşımır və birbaşa və ya dolayı öhdəliklərə malik deyildir.
6.16. Administrasiya Portala ötürülə bilən və ya Portal vasitəsilə üçüncü şəxslər tərəfindən ötürülə bilən istənilən proqram nasazlıqları, zədələr və başqa texniki nasazlıqlarına görə, həmçinin, texniki səhvlər və proqram viruslarına və s. görə məsuliyyət daşımır.
6.17. İstifadəçi yalnız qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya uyğun olaraq hərəkət etməyi, həmçinin qanunvericiliyə uyğun olaraq Portalda və Portalın xidmətlərindən istifadə vaxtı fəaliyyətinə və fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır.
6.18. Portalın İstifadəçisinin başqa İstifadəçisi tərəfindən hüquqlarının pozulduğu halda (intellektual mülkiyyət obyektinin qanunsuz istifadəsi və sair), hüquqları pozulmuş İstifadəçi müvafiq şikayət ilə Administrasiyaya və ya moderatorlara müraciət edə bilər. Administrasiya şikayətə baxmağı və şikayət əsaslı olduğu halda İstifadəçinin hüquqlarının pozulmasının dayandırılması üçün tədbirlər görməyi öhdəsinə götürür.
7. İstifadə qaydalarının hərəkət müddəti
7.1. Hazırkı razılaşma İstifadəçi tərəfindən Portalın xidmətlərindən istifadəyə başlanıldığı andan qüvvəyə minir. Portalda İstifadəçinin qeydiyyatı və ya elanın yerləşdirilməsi faktından asılı olmayaraq və müddətsiz olaraq qüvvədədir.
7.2. İstifadəçi istənilən vaxt özünün Portalın xidmətlərindən istifadə hüququnu dayandırmaq hüququna malikdir. Bundan sonra İstifadəçi artıq yeni elanlar yerləşdirmək hüququna malik olmayacaqdır.
8. Digər şərtlər
8.1. Portalda funksionalın təmin edilməsi zamanı texniki və ya digər səbəblərdən yaranan mübahisələr olduqda, hazırkı Razılaşmanın tərəfləri onları danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürürlər. Hazırkı Razılaşmanın əhatə etmədiyi məsələlər olduqda, mübahisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll edilməlidir.
8.2. Bütün mübahisələrə dair Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.
8.3. Administrasiya birtərəfli qaydada və İstifadəçilərə xəbərdarlıq edilmədən hazırkı Razılaşmada dəyişiklik etmək hüququna malikdir. Razılaşmanın yeni redaksiyası Portalda dərc edildiyi tarixdən qüvvəyə minir.
8.4. Razılaşmanın heç bir hissəsi və ya bəndi İstifadəçi ilə Administrasiya arasında agent münasibətlərinin, yoldaşlıq münasibətlərinin, birgə fəaliyyət üzrə münasibətlərin, işəgötürməyə dair münasibətlərin və ya Razılaşma ilə birbaşa nəzərdə tutulmamış hər hansı bir başqa münasibətlərin müəyyən edilməsi kimi anlaşıla və izah edilə bilməz.
8.5. Məhkəmə tərəfindən Razılaşmanın hər hansı müddəasının etibarsız və ya icrası məcburi olmayan kimi tanınması Razılaşmanın başqa müddəalarının etibarsız olması ilə nəticələnmir.
8.6. Razılaşmanın müddəalarının İstifadəçilərindən hər hansı biri tərəfindən pozulması halında Administrasiya tərəfindən hərəkətsizlik (həmin anda adekvat tədbir görülməməsi) daha sonra Administrasiyanı öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərəkətləri görməyə təşəbbüs etmək hüququndan məhrum etmir.
8.7. Hazırkı Razılaşma ilə nəzərdə tutulmamış bütün digər məsələlər, tərəflər arasında fərdi qaydada tənzimlənir.
Məxfilik siyasəti
1.1. Hazırkı məxfilik Siyasəti https://evlenirik.az/ Portalının İstifadəçi Razılaşmasının ayrılmaz tərkib hissəsidir.
1.2. Hazırkı məxfilik Siyasəti İstifadəçinin şəxsi məlumatlarının qəbulu, saxlanılması, işlənməsi, istifadəsi, müdafiəsi və zəruri olduğu hallarda açıqlanması qaydalarını müəyyən edir.
1.3. İstifadəçilərin şəxsi məlumat bazası Administrasiyanın idarəetməsindədir.
1.4. Şəxsi məlumatlar Bazasının sərəncamçısı Administrasiyadır – “TOY GROUP MMC” şirkətidir.
1.5. Elanın dərc edilməsi üçün formanı dolduran zaman və ya Portalda İstifadəçinin qeydiyyatı zamanı, və ya sayt tərəfindən yeniliklər/dəyişikliklər barədə göndərilən dövri bildirişlərə abunə yazılma zamanı, həmçinin də Portaldan istifadənin digər hallarında, İstifadəçi məlumatları və şəxsi məlumatlarını Administrasiyaya verir. Məlumatın toplanması həmçinin Portal tərəfindən İstifadəçilərin sorğularının keçirilməsi yolu ilə həyata keçirilə bilər. İstifadəçilərin sorğularında iştirak İstifadəçilərin razılığı ilə həyata keçirilir.
1.6. Portala şəxsi məlumatların və istənilən başqa informasiyanın verilməsi haqqında qərar İstifadəçi tərəfindən öz mülahizəsinə uyğun sərbəst və könüllü qaydada qəbul edilir və bununla eyni zamanda şəxsi məlumatların və informasiyanın Administrasiya tərəfindən işlənməsinə (emal edilməsinə), öz razılığını bildirir.
1.7. Şəxsi məlumatların işlənməsinin məqsədləri aşağıdakılardır:
1.7.1. Portalın, onun servislərinin və xidmətlərinin fəaliyyət keyfiyyətinin yaxşılaşması üçün məlumatların emal edilməsi, statistic və analitik hesabatların alınması;
1.7.2. Portal tərəfindən təklif edilən xidmətlərin çeşidinin genişləndirilməsi;
1.7.3. Portalın və ya üçüncü şəxslərin xəbərlərinin və ya reklam məlumatlarının çatdırılması (yeniliklər, aksiyalar və başqa xəbərlər haqqında bildirişlər);
1.7.4. İstifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərəkətləri barədə xəbərdarlıqların edilməsi və belə fəaliyyətlərin qarşısının alınması üçün tədbirlərin görülməsi;
1.7.5. qüvvədə olan qanunvericiliyin və Portalın İstifadəçi Razılaşmasının tələblərinə riayət edilməsi üçün, risklərin planlaşdırılması və önlənməsi üçün İstifadəçilərin Portal daxilində fəaliyyətlərinə dair daimi təhlillərin aparılması.
1.8. Portal İstifadəçilər haqqında aşağıdakı informasiyanı toplayır:
1.8.1. Portaldan istifadə zamanı Administrasiyaya İstifadəçinin daxil etdiyi şəxsi informasiyanı göstərir və ya başqa üsulla açır. Belə informasiya, İstifadəçinin adı və soyadı, elektron poçt ünvanı, telefon nömrəsi, Portala daxilolma şifrəsi, İstifadəçinin yerləşdiyi yer, həmçinin ünvanı və digər informasiyalar ola bilər. Portal İnternetdə İstifadəçinin məlumatlarının yayılması və dərc edilməsi, reklamı üçün platforma verir. İstifadəçi Portalda təqdim etdiyi informasiyaya görə məsuliyyət daşıyır və şəxsi kabinetinə giriş üçün zəruri olan informasiyanın üçüncü şəxsə verilməməsinə görə öhdəlik daşıyır.
1.8.2. Portalın, ona giriş zamanı, proqram təminatı tərəfindən avtomatik toplanan texniki informasiya.
1.9. Portal, həmçinin Administrasiya, irqi və ya etnik mənşə haqqında məlumatları, siyasi, dini baxışlar və dünyagörüşü barədə məlumatları, siyasi partiyalara və həmkarlar ittifaqlarına üzvlük, cinayət cəzasına məhkumluqlar, həmçinin, sağlamlıq, cinsi həyata aid olan məlumatları, biometrik və ya genetik məlumatları toplamır və emal etmir.
1.10. Portal və Administrasiya İstifadəçilər tərəfindən təqdim edilmiş hər hansı şəxsi və ya başqa məlumatları, İstifadəçinin bu məqsədlə qanuni üsulla icazə verdiyi hal istisna olmaqla, həmçinin də İstifadəçi razılaşması və ya qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, Portala aidiyyəti olmayan üçüncü şəxslərə vermir.
1.11. Portal və Administrasiya bəzi hallarda bəzi məlumatları Portalla əməkdaşlıq edən və ya Administrasiya ilə bağlı olan şəxslərə verə bilər.
1.12. Administrasiya Portaldan istifadə prosesində İstifadəçilər tərəfindən verilmiş informasiyanı və şəxsi məlumatları satmır və icarəyə vermir.
1.13. Portalda üçüncü şəxslərin İstifadəçilərin əlaqə informasiyasına məhdud çıxış imkanları mövcuddur. Üçüncü şəxslər İstifadəçinin özü tərəfindən onlara şəxsi məlumatlar, əlaqə vasitələri barədə informasiya verməsi halları istisna olmaqla, Portalda yalnız İstifadəçinin elanlarında təqdim etdiyi informasiya qədər məhdud informasiyalara çıxış imkanına malikdirlər. Başqa İstifadəçilər tərəfindən İstifadəçi haqqında Portaldan əldə edilmiş məlumatlardan istifadə hüququ İstifadəçi razılaşması ilə məhdudlaşdırılır.
1.14. Portalın İstifadəçisi Portaldan İstifadəçi haqqında əldə etdiyi informasiyadan, habelə başqa İstifadəçi tərəfindən Portal vasitəsilə verilmiş məlumatlardan (İstifadəçilər arasında birbaşa informasiya mübadiləsi, birbaşa informasiya təqdim edilmə halları istisna olmaqla), həmin İstifadəçinin yazılı icazəsi olmadan və ya belə məlumatlardan hər hansı başqa yolla istifadə etmək üçün təsdiq olunmuş hüququ olmadan istifadə etməməyi öhdəsinə götürür.
1.15. İstifadəçi tərəfindən Portaldan istifadə ilə əlaqədar başqa İstifadəçilər haqqında əldə edilmiş bütün məlumatlar yalnız məhsullar (mallar və xidmətlər) barəsində əqdlərin icrasında istifadə edilə bilər. İstifadəçiyə birbaşa reklamın göndərilməsi və ya arzu edilməyən elektron xəbərlərin başqa növlərini göndərmək məqsədilə başqa İstifadəçinin telefon nömrəsi və ya elektron ünvandan istifadə edilməsi, başqa İstifadəçinin xəbəri və razılığı olmadan həyata keçirilmiş hərəkətlər, həmçinin, xəbərsiz edilən qeyri-qanuni hərəkətlərin edilməsi qadağandır.
1.16. Portalın İstifadəçisi onun Portaldan istifadə prosesində verdiyi şəxsi və başqa məlumatları istənilən vaxt Portalda qismən dəyişdirmək, silmək və ya başqa üsulla düzəliş etmək imkanına malikdir.
1.17. İstifadəçi onun təqdim etdiyi istənilən informasiyanın və məlumatların həqiqiliyi, dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır.
1.18. Portal və Administrasiya İstifadəçinin şəxsi məlumatlarından istifadə etməklə üçüncü şəxslər tərəfindən icazəsiz girişdən müdafiə üçün mümkün olan önləyici, məhdudlaşdırıcı və səmərəli tədbirləri görür.
1.19. Portal tərəfindən toplanmış və işlənmiş bütün şəxsi məlumatlar bir və ya bir neçə qorunan korporativ şəbəkədən kənarda giriş olmayan serverdə saxlanılır. Administrasiyanın bütün əməkdaşları Portala giriş və istifadə funksiyaları üçün istifadə olunan İstifadəçilərin şəxsi və başqa informasiyalarının üçüncü şəxslərə yayılmaması haqqında razılaşma imzalamışlar.
1.22. Portalın İstifadəçisi şəxsi məlumatlarının Portaldan silinməsinə sorğu göndərə bilər. Belə bir sorğu olduqda, onun haqqında toplanan bütün şəxsi məlumatlar silinəcək və gələcəkdə İstifadəçinin Portala girişinin təmin edilməsi üçün əsas verməyəcək. İstifadəçi haqqında şəxsi məlumatları silmək üçün info@evlenirik.az elektron poçt ünvanı ilə əlaqə saxlamalısınız.
3. Məxfiliyin siyasətinə dəyişikliklərin daxil etməsi
3.1. Administrasiya Məxfilik Siyasətinə dəyişikliklər və əlavələr edə və ya hər hansı hissəsini silə bilər.
3.2. Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, o Portaldan istifadəni dayandırmalıdır. Əgər İstifadəçi Portaldan istifadə etməyə davam edirsə, o bütün dəyişiklikləri və Məxfilik siyasətinin yeni redaksiyasını bütövlükdə qəbul etmiş sayılır.
İstifadəçi təsdiqləyir ki, hazırkı Razılaşmanın bütün bəndləri ilə tanış olmuşdur və onları tam həcmdə şərtsiz qəbul edir.